Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:33

İsrail bir əsgərin əvəzində 1000-dən çox fələstinli məhbusu buraxır


İsrail hökuməti Hamas təşkilatı ilə Qəzza zolağında əsir düşmüş əsgərin azad olunması ilə bağlı razılaşmanı bəyənib.

Gilad Shalitin buraxılması nəticəsində İsrail 1 mindən çox fələstinlini azadlığa buraxacaq.
İsrail hökuməti oktyabrın 12-də buna səs verib. 26 nazir bu qərarı dəstəkləyib, üç nəfər əleyhinə olub.

Baş nazir Benjamin Netanyahu deyib ki, Shalitin yaxın günlərdə evinə dönəcəyi gözlənir. Shaitin atası Noam Shali Yerusəlimdə jurnalistlərə deyib:
- Bu gün simvolik gündür. Kədər sevincə qarışıb. Bu gün simvolik gündür ki, İsrail hökuməti 5 ildə sonra buna müvəffəq olub. Oğlumuz Gilad 1 935 gün, 1935 uzun gecə keçirib. Bu gün biz baş naziri bu qərara görə dəstəkləyirik və təbrik edirik.

Həmas lideri Khaled Mishal isə bildirib ki, İsrail mindən çox fələstinlini iki mərhələdə buraxacaq. İlk mərhələdə 450 məhbus Shalitlə dəyişdiriləcək, qalanları sonrakı iki ay ərzində azad ediləcək.

Buraxılanlar arasında 27 qadın olacaq.
XS
SM
MD
LG