Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:36

Slovakiya avrozonada maliyyə stabilliyi fonduna “yox” dedi


Slovakiya parlamenti avrozonada maliyyə sabitliyi fonduna daha çox pul və səlahiyyət verilməsini rədd edib.

Oktyabrın 11-də həmçinin səsvermənin nəticələrinə görə Mərkəzi Avropa ölkəsinin hökuməti istefaya gedə bilər. Çünki baş nazir Iveta Radicova səsverməni hökumətə etimadla əlaqələndirmişdi.

Slovakiya avrozonada olan 17 ölkədən sonuncusu idi ki, yardım fondunun 440 milyard dollarlıq olmasına səsverməli idi. Fond debitor böhranla üzləşən ölkələrə yardım məqsədi güdür.

Slovakiyanın “hə” deməsi vacib idi. Çünki Avrozonanın üzvü olan 17 ölkənin hamısının razılığı tələb olunurdu.
XS
SM
MD
LG