Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:50

ABŞ İranın səfirə qarşı sui-qəsd planlaşdlrdığını bildirir


ABŞ Dövlət Departamenti amerikalıları potensial terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Ölkənin təhlükəsizlik orqanları İranın Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini qətlə yetirməyi planlaşdırdığını bildirib.

ABŞ-da oktyabrın 11-də iki İran əsilli ABŞ vətəndaşına ittiham irəli sürülüb. Onlar ABŞ torpaqlarında Səudiyyə Ərəbistanının səfirinə qarşı sui-qəsddə suçlandırılırlar.
Bildirilir ki, İranın “Qüds” islam inqilab ordusunun üzvü Qulam Şakur və ikili ABŞ-İran vətəndaşlığı olan 56 yaşlı Mənsur Ərbabsiar ABŞ-da partlayış törədərək Səudiyyə səfirini öldürülməyi planlaşdırıblar.

ABŞ-ın dövlət katibi Hillari Klinton deyib ki, ABŞ Irana qarşı digər addımlar atılması ilə bağlı məsləhətləşəcəklər:

- Biz dostlarımız və tərəfdarlarımızla məsləhətləşəcəyik ki, necə mesaj verək ki, İran beynəlxalq normaları pozan bu cür davranışlara son qoysun. Digər tərəfdən, sıx əməkdaşlıq etdiyimiz yerlərdə İranın beynəlxalq aləmdən təcridini də nəzərdən keçirəcəyik.
XS
SM
MD
LG