Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

Yulia Tymoshenko 7 illik həbs olundu (VİDEO)


Tymoshenko-nun tərəfdarları ilə polisin qarşıdurması
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

Oktyabrın 11-də Ukraynanın keçmiş Baş naziri Yulia Timoşenko Kiyevin Peçora rayon məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qarşısında onun tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun barəsində 7 illik həbs cəzası verilib. Kiyevdə keçirilən məhkəmədə hakim deyib ki, Yulia Tymoshenko 2009-cu ildə Ukrayna və Rusiya arasında qaz müqaviləsi imzalanan zaman səlahiyyət həddini aşıb. Hakim Rodion Kireyev Tymoshenko barəsində məhkəmə qərarı verməyə hazırlaşır.

O deyib ki, Tymoshenkonun bu məsələdə oynadığı rol nəticəsində Ukraynanın «Naftoqaz» şirkəti 190 milyon dollar itirib.

İttihamçılar sabiq baş nazirə 7 illik həbs cəzası istəyiblər.

Yulia Tymoshenko 2004-cü ildə «Narıncı İnqilab»ın liderlərindən biri olub. Həmin vaxt Mərkəzi Seçki Komissiyası Yanukoviçi prezident elan etmişdi, amma sonradan yeni seçki keçirildi.

Tymoshenko barəsində uzun mətndən ibarət hökm oxunarkən onun minlərlə tərəfdarı Kiyevdə məhkəmənin qarşısına yığışmışdı və prosesə qəzəbli reaksiya verirdilər. Hər hansı zorakılığın qarşısını almaq üçün Kiyevin Pechersk rayonuna aksiyalar əleyhinə avadanlıqla təchiz olunmuş yüzlərlə polis qüvvələri yerləşdirilib.

İnterfaks-ın məlumatına görə, polis onun tərəfdarlarından 3 nəfəri həbs edib.

Yanukoviç hökuməti deyir ki, müqavilə Ukraynanı məcbur edib ki, təbii qazın ötürülməsi üçün Qazproma daha çox vəsait ödəsin.

«BU İTTİHAMA HEÇ KİM İNANMIR»

Tymoshenko ittihamı rədd edir, həbsini siyasi fəaliyyəti və hakimiyyətə müxalifliyi ilə əlaqələndirir. Bu gün hökmün hazırlanması zamanı yaranan fasilədə sabiq baş nazir jurnalistlərə deyib ki, məhkəmə onun siyasi fəaliyyətinə görə qurulub:

- Ukraynada, nə dünyada bir kimsə burda elan edilən ittihama inanmır. Nə Yanokoviç, nə də Kireyev təmiz adıma ləkə gətirə bilərlər.

Tymoshenko deyib ki, Yanukoviç rejimi Ukraynanı və onun vətəndaşlarının həyatını tapdalayır və o, ukraynalıları bu rejim əleyhinə cəsarətlə dayanmağa çağırıb:

- Mən milyonlarla ukraynalıya müraciət etmək istəyirəm. Onlardan xahiş edirəm ki, rejimdən qorxmasınlar. Əgər siz qorxursuzsa, həyatınız tapdaq altında qalacaq, necə ki, Ukrayna bununla üzləşib. Qorxmayın. Siz Ukraynanı, öz həyatınızı ruh yüksəkliyi ilə, cəsarətlə müdafiə etməlisiniz.

Tymoshenko bildirib ki, onlar qərardan Avropa Məhkəməsinə şikayət edəcəklər.

Yulia Tymoshenko və Mikola Tomenko
Yulia Tymoshenko və Mikola Tomenko
Tymoshenkonun partiyasının üzvü, deputat Mikola Tomenko AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, əgər sabiq baş nazir və eyni ittihamla həbs edilən keçmiş daxili işlər naziri Yuriy Lutsenko azad olunmasalar, müxalifət qarşıdakı parlament seçkisinu boykot edə bilər.

BELARUSUN SANKSİYASI UKRAYNAYA DA TƏTBİQ OLUNSUN

Cənab Tomenko bildirib ki, onların partiyası qonşu Belarusa tətbiq edilən sanksiyaların Ukraynaya da tətbiq edilməsi üçün Qərbə müraciət edəcəklər.

Məhkəmə hökmündən qabaq ABŞ və AB Ukraynada Tymoshenkoya qarşı məhkəmədən istifadə olunmasından narahatlığını bildirib.

Ukrayna AB-nin oktyabrın 10-da Lüksemberqdəki görüşündə əsas müzakirə olunan məsələlərdən biri olub.

Brüsseldəki mənbələr AzadlıqRadiosuna bildirmişdi ki, əgər Tymoshenkoya verilən hökm ədalətsiz olsa, Avropa Birliyi və Kiyev arasında Azad Ticarət Zonası və Assosiaya Razılaşması ilə bağlı razılaşmanın taleyi təhlükəli ola bilər.

Ötən ay Şərq Tərəfdaşlığı sammitində qərara alınmışdı ki, bu razılaşma bu ilin dekabrındakı AB-Ukrayna sammitində imzalansın. Bütün texniki məsələlər bu ayın sonuna kimi həll olunmalıdır.

AB-nin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton təklif edib ki, AB və Ukrayna arasında Assosiaya Razılaşması dekabrda imzalansın.

QƏRBİN NARAHATLIĞI

Amma oktyabrın 10-da Ashton deyib ki, AB «bu məhkəmə barəsində optimist deyil». O xəbərdarlıq edib ki, Tymoshenko əleyhinə hökm AB və Ukrayna arasında yaxın əlaqələri zədələyə bilər:

Jerzy Buzek
Jerzy Buzek
- Burda sual yoxdur, biz assosiasiya razılaşmasının texniki işlərinin üzərində işləyirik. Amma burda Şuranın diqqətini cəlb edən siyasi proseslər baş verir və bu, həm də Avropa Parlamentini cəlb edir. Sizə deyirəm ki, Ukraynada baş verən siyasi proseslər hesaba alınacaq.

Bu günlərdə parlamentə - Ali Radaya çıxarılan qanun layihəsində Tymoshenkonun ittiham olunduğu maddə cinayət kimi təsbit olunmaqdan çıxarılır. Əgər qanun qəbul edilsə, Tymoshenkonun bağışlanması üçün əsas ola bilər.

Avropa Parlamentinin prezidenti Jerzy Buzek də Yulia Tymoshenko barəsində verilən 7 illik həbs cəzasına görə bəyanatla çıxış edib. O bildirib ki, Ukrayna məhkəməsinin bu qərarı onda dərin təəssüf hissi doğurur. «Məndə məhkəmənin ədalətliyinə, şəffaflığına və müstəqilliyinə ciddi şübhə var». O bildirib ki, Tymoshenkoya qarşı ittiham edilən maddə Sovet dövrünə aiddir və siyasi motivlərə görə cinayət təqibi üçün istifadə edilirdi.

Jerzy Buzek deyir ki, bu, demokratik ölkələrdə rast gəlinən nadir haldır. O ümid etdiyini bildirib ki, Ali Radaya təqdim edilən Cinayət Məcəlləsinə yenidən düzəliş ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG