Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:41

İsa Qəmbər: «7 cümlənin hər biri yalandır»


İsa Qəmbər
İsa Qəmbər
«Hakimiyyət özü-özünü ifşa etdi».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan Müsavat başqanı İsa Qəmbər «Müsavatın yubileyi problemə necə çevrildi?» mövzusunda danışarkən belə deyib. Partiya sədri bildirib ki, hakimiyyətin səylərinə baxmayaraq, tədbir layiqincə keçirilib:

«Hakimiyyət növbəti nadanlığını nümayiş etdirdi. Müsavat partiyasına, demokratik dəyərlərə və nəhayət, beynəlxalq birliyə, Avropanın siyasi, ictimai xadimlərinə böyük bir hörmətsizlik nümayiş etdirdilər. Amma yenə də hakimiyyət özünü ifşa etmiş oldu. Əksinə, Müsavat Partiyasının maraqları baxımından bu, daha yaxşı oldu ki, tədbir əvvəlcədən planlaşdırılmış oteldə yox, Müsavat Partiyasının qərargahında keçirildi. Yəni, hakimiyyət özü-özünü ifşa edirsə, bu, onların problemidir. Biz öz tədbirimizi layiqincə keçirdik...».

«NİYƏ MÜSAVAT DƏYƏRLƏRİNƏ BU QƏDƏR NİFRƏT VAR?»

Tədbirin təşkilatçısı - Azadlıq Naminə Fridrix Nauman Fondunun Azərbaycandakı təmsilçisi Ərəstun Oruclu da yaradılan maneələri hakimiyyətin sifarişi kimi dəyərləndirib:

«Heç bir sübutum yoxdur ki, bunu Azərbaycan hakimiyyəti edib. Amma o qədər də sadəlövh deyilik. Avropalı qonaqlarımız bizsiz də başa düşdülər ki, bunun arxasında Azərbaycan hakimiyyəti durur. Çünki tədbirin keçirilməsi planlaşdırılan otel və restoran Azərbaycanın iki oliqarxı ilə bağlıdır, onların hər ikisi hakimiyyət dairələrinin təmsilçiləridir. Aydın məsələdir ki, tapşırıq onlardan gəlib...».

Ərəstun Oruclu bildirib ki, Azadlıq Naminə Fridrix Nauman Fondunun Azərbaycanda 16 illik fəaliyyəti ərzində ilk dəfədir belə hal baş verir:

«Hesab edirəm ki, bu, Müsavat Partiyasının 100 illiyi və bu tədbirə xarici qonaqların gəlməsi ilə bağlı idi. Biz hakimiyyət təmsilçilərini də tədbirə dəvət etmişdik. Tutalım ki, otel və restoran Azərbaycanda müstəqil biznes qurumlarıdır və onlar birdən nədənsə - şəxsi mülahizələrdənmi, Müsavata nifrətindənmi -
Ərəstun Oruclu
Ərəstun Oruclu
bu tədbiri ləğv etdilər. Bəs iqtidar təmsilçilərinə Azərbaycan müstəqilliyinin tarixini yazmış Müsavat Partiyasının yubileyinə gəlmək və yaxud heç olmasa, formal olaraq bir təbrik məktubu göndərməyə mane olan nə idi? Niyə bu qədər Müsavat dəyərlərinə nifrət var?..».

«BU QƏDƏR BİSAVAD OLMAQ BİABIRÇILIQDIR»

İsa Qəmbər Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Müsavatın 100 illiyi barədə fikirlərinə də münasibət bildirib.

Əli Həsənov deyib ki, dövlət heç bir siyasi partiyanın yubileyini və ya hansısa tədbirini həyata keçirmir. Siyasi partiyalar ictimai institutdur və bu tipli məsələləri də məhz onlar özləri həyata keçirməlidirlər. (Gün.az).

İsa Qəmbər Prezident Administrasiyası rəsmisinin dediklərini «biabırçılıq» adlandırıb:

«Mən bu adama acıdım. Adamın nadanlığına acıdım. Bu qədər bisavad olmaq, bu qədər qərəzli olmaq, bu qədər xalqa düşmən olmaq biabırçılıqdır. Mən bu rejimlə mübarizə aparıram. Bu rejimin ayrı-ayrı məmurlarının nə söyləməsi məni o qədər də ilgiləndirmir. Amma bu dəfə bu cənab o qədər açıq-aydın yalan danışıb ki, reaksiya verilməlidir. Onun açıqlaması 7 cümlədən ibarətdir və bu 7 cümlənin hər biri yalandır. Bu, biabırçılıqdır. Əvvəla Müsavat adi partiya deyil. Bunu dərk etmək üçün Prezident Administrasiyasının şöbə müdiri olmağa ehtiyac yoxdur. Normal ibtidai təhsili olan azərbaycanlı da dərk edir ki, 100 yaşlı partiyalar dünyada o qədər də çox deyil. Bu 100 yaşlı partiyalar təkcə yaşına görə önəmli deyil. Bu, Azərbaycanda ilk siyasi mədəniyyəti gətirən, siyasi cərəyan, ideologiya bəxş edən, bayrağı, gerbi bəxş edən, müstəqil dövlət quran, ən azı bu prosesə rəhbərlik edən bir partiyadır…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG