Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:52

Gənclər Facebookdan Azərbaycan və ABŞ prezidentlərinə müraciət edirlər


Facebook sosial şəbəkəsində gənclər Bəxtiyar Hacıyevin azad edilməsi üçün ölkə prezidenti İlham Əliyevə və ABŞ Prezidenti Obamaya müraciət edib.

Kampaniyaya 100-də çox gənc qoşulub və ilk 125 nəfərin imzaları ilə müraciət məktubu göndərilib.

Kampaniya həbsdə olan gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu Bəxtiyar Hacıyevə dəstək qrupu tərəfindən başlanıb.

Prezident İlham Əliyevə ünvanlanan məktubda gənclər bildirir ki, xaricdə təhsil alıb ölkəsinə qayıdan Bəxtiyar Hacıyevin həbsi digər fərqli fikirli, yenilikçi gəncləri Azərbaycana qayıdaraq təhsillərini dövlətin inkişafı naminə istifadə etməkdən çəkindirir. Kampaniya oktyabrın 18-nə kimi davam edəcək.

Gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu və keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə iki il həbsə məhkum edilib.
XS
SM
MD
LG