Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:19

İranlı aktrisaya 90 şallaq cəzası


İran rejimi haqda tənqidi filmin Avstraliyalı prodüserləri iranlı aktrisanın bir il həbsə və 90 şallağa məhkum olunmasından şöka düşüblər.

Həmin filmdə iştiraka görə Mərziyə Vəfamehrin məhkum olunması xəbəri müxalifətin Kalameh.com saytında yer alıb. Hərşənd bu barədə rəsmi xəbər verilmir.
Sayt yazır ki, aktrisa iyul ayından həbsdədir.

“Mənim satılan Tehranım” filmi İranda qadağan olunub. Filmi Avstraliya şirkəti çəkib, rejissoru İran-avstraliya vətəndaşı Granaz Musəvidir.

Avstraliyanın xarici işlər naziri Kevin Rudd iranlı aktrisanın həbsi barədə məlumatlardan narahat olduğunu bildirib.
XS
SM
MD
LG