Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:15

Hakim Yulia Timoşenkonu günahkar sayıb


Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun Kiyevdə məhkəməsi başlayıb. Hakim deyib ki, Yulia Timoşenko 2009-cu ildə Ukrayna və Rusiya arasında qaz müqaviləsi imzalanan zaman səlahiyyət həddini aşıb. Hakim Rodion Kireyev Timoşenko barəsində məhkəmə qərarı verməyə hazırlaşır.

O deyib ki, Timoşenkonun bu məsələdə oynadığı rol nəticəsində Ukraynanın “Naftoqaz” şirkəti 188 milyon dollar itirib.

İttihamçılar sabiq baş nazirə 7 illik həbs cəzası istəyiblər.

Timoşenko ittihamı rədd edir, həbsini siyasi fəaliyyəti və hakimiyyətə müxalifliyi ilə əlaqələndirir:

- Ukraynada, nə dünyada bir kimsə burda elan edilən ittihama inanmır. Nə Yanokoviç, nə də Kireyev mənim təmiz adıma ləkə gətirə bilərlər.

Yulia Timoşenko 2004-cü ildə “Narıncı İnqilab”ın liderlərindən biri olub. Həmin vaxt Mərkəzi Seçki Komissiyası Yanukoviçi prezident elan etmişdi, amma sonradan yeni seçki keçirildi.

Hazırda Timoşenkonun minlərlə tərəfdarı Kiyevdə məhkəmənin qarşısına yığılıb. Məhkəmə qarşısında polis qüvvələri də gətirilib.

ABŞ və AB Ukraynada müxalifət liderlərinə qarşı məhkəmə proseslərindən narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG