Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, cərimələrin ödənilməsi zamanı problem yaranarsa, dərhal İdarəyə məlumat versinlər.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev «Trend»ə bildirib ki, elektron sistemə keçidlə əlaqədar olaraq cərimələrin ödənişi zamanı müəyyən problemlərin olması təbiidir.

Şöbə rəisi deyir ki, yeni sistemdə hər hansı bir hərfin düzgün yazılmaması problem yaradır. Həmçinin, inspektorun sürücü və pozuntu barədə məlumatı bazaya vaxtında yerləşdirməməsi də yubanmalara səbəb olur:

«Biz bu sistemə yeni keçmişik və keçid dövründə belə halların olması mümkündür. Bu sahədə iş təkmilləşəcək. İlk dövrlərdə belə problemlər daha çox idi. İndi nisbətən azalıb».

Yaxınlarda oxuculardan biri «Trend»ə şikayət edib. Oktyabrın 5-də ona inzibati protokol yazılıb. O, cəriməni ödəmək üçün banka müraciət etdikdə, adının məlumat sisteminə yerləşdirilmədiyi müəyyən olunub. İdarəyə müraciət etdikdə isə, onun yol verdiyi son pozuntu barədə məlumatların sistemə daxil edildiyini bildiriblər. Təkrarən banka müraciət edən sürücü adı sistemə daxil edilmədiyindən 15 manat cəriməni indiyədək ödəyə bilməyib.

Bu il iyulun 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra yollarda cərimələrin ödənişi elektron sistemlə həyata keçirilir.

Multimedia

XS
SM
MD
LG