Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22

Ötən ay 4 milyon kvadratmetrlik ərazi minalardan təmizlənib


Sentyabr ayı ərzində təxminən 4 milyon kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

726 PHS və 6 ədəd tank, 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

İndiyədək ümumilikdə 174 milyon kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 700 minə yaxındır.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Avqust ayı ərzində 1 mina və PHS hadisəsi qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG