Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

Bu gün Yulia Timoşenkoya hökm verilir


Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun minlərlə tərəfdarı Kiyevdə məhkəmənin qarşısına yığılıb. Bu gün sabiq baş nazirə hökm verilməsi gözlənir. Məhkəmə qarşısında polis qüvvələri də gətirilib.

Timoşenko artıq məhkəmədədir.

Keçmiş baş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. İttihama görə, Yulia Timoşenko 2009-cu ildə baş nazir olarkən Ukrayna və Rusiya arasında qaz müqaviləsi imzalanarkən öz səlahiyyətlərindən sui-istifadə edib.

Ukrayna prezidenti Viktor Yanukoviç deyib ki, bu müqavilə nəticəsində Ukrayna daha çox ödəməli olub.

İttihamçılar sabiq baş nazirə 7 illik həbs cəzası istəyiblər.

Timoşenko ittihamı rədd edir, həbsini siyasi fəaliyyəti və hakimiyyətə müxalifliyi ilə əlaqələndirir.

ABŞ və AB Ukraynada müxalifət liderlərinə qarşı məhkəmə proseslərindən narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG