Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

Orduda bir əsgər ölüb, biri yaralanıb


Cəbhə xəttində atəşkəs pozulub, bir hərbçi yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Milli Ordunun giziri, 22 yaşlı Alim Məcidov kürəyindən güllə yarası alıb, o, hospitala yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Digər əsgər 1993-cü il təvəllüdlü Anar Rəcəbov isə qan xəstəliyindən Gəncədəki hərbi hospitalda vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, əsəgr Balakən rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmışdı.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG