Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

İran Azərbaycanla sərhəddə yeni keçid məntəqəsi açmaq istəyir


Astara, 8 yanvar 2010
Astara, 8 yanvar 2010
Azərbaycan hökuməti İranın Ərdəbil ostanı ilə sərhəddə keçid məntəqəsi açmaq istəyərsə, İran hökuməti buna hazırdır.

Bunu İranın Ərdəbil ostandarı Hüseyn Sabiri deyib.

Bu barədə «Trend» İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.

H.Sabiri bildirib ki, o, yeni məntəqənin açılması üçün danışıqlar aparmaq məqsədi ilə İranın Azərbaycandakı səfiri ilə məktublaşıb.

Onun fikrincə, İran və Azərbaycan arasında yeni sərhəd keçid məntəqəsi hər iki ölkənin sərhədyanı zonalarında yaşayan əhalinin rifahını təmin olunmasına və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edə bilər.

H.Sabiri qeyd edib ki, İran Biləsuvar sərhəd keçid məntəqəsində yanacağı Azərbaycandan təhvil alıb Culfa sərhəd keçid məntəqəsində Naxçıvan MR-ə təhvil verə bilər.

«Yanacaq mübadiləsi həm Naxçıvan Muxtar Respublikasına yanacağın daşınmasını asanlaşdırar, həm də xərcləri aşağı salar. Bu da hər iki ölkənin xeyrinədir», - ostandar deyib.
XS
SM
MD
LG