Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40
Kurt Badenhausen, Forbes

ABŞ-da hər dəfə prezident seçkiləri yaxınlaşanda amerikalıların çoxu deyirlər ki, əgər onların səs verəcəyi namizəd qalib gəlməsə, Kanadaya köçəcəklər. Əlbəttə, onların çox az bir hissəsi sözlərinə əməl edirlər.

Ancaq indi sözünün arxasında dayanmağın vaxtıdır. Kanada biznes üçün ən əlverişli ölkələrin (2011-ci il üçün) sıralamasında siyaha birinci yerdədir.

ABŞ-ın ikinci tənəzzül qorxusu ilə iflic vəziyyətinə düşdüyü, Avropanın isə borc problemi ilə mübarizə apardığı bir vaxtda Kanada iqtisadiyyatı ötən il 3,1 faiz böyüyüb. 2011-ci ildə isə böyümənin 2,4 faiz olacağı gözlənilir. Ölkənin 1,6 trilyon dollarlıq iqtisadiyyatı dünyanın 9-cu böyük iqtisadiyyatıdır. ABŞ və Avropanı bank iflasları bürüdüyü bir vaxtda bu, Kanadadan yan keçə bilib.

Kanada investorların qorunması və bürokratiyanın olmaması baxımından (biznesə daha asan başlamaq) ötən il ümumi sıralamada dördüncü olub. Bu il birinciliyə yüksəlməsinin səbəbi vergi siyasətindəki təkmilləşdirmələr olub.

Ancaq Kanada ABŞ iqtisadiyyatından xeyli asılıdır: O ABŞ-ın əsas neft təchizatçısıdır və ixracının dörddə üçü məhz cənub qonşusu ABŞ-adır. Bununla belə, ABŞ-da işsizlik 9 faiz olduğu halda, Kanadada işsizlik 7, 3 faizdir. Avro zona ölkələrində isə bu göstərici 10 faizdir.

BİZNES ÜÇÜN ƏN ƏLVERİŞLİ ÖLKƏLƏRİN SİYAHISI HAZIRLANARKƏN 11 MÜXTƏLİF FAKTOR ÜZRƏ 134 ÖLKƏ ARAŞDIRILIB

Bu zaman əmlak hüquqları, innovasiya, vergilər, texnologiya, korrupsiya, azadlıq (şəxsi, ticarət və monitar) bürokratiya, investorun qorunması və səhm bazarının vəziyyəti nəzərə alınıb.

2010-cu ildə birinci yerdə olan Danimarka bu il geriləyərək beşinci olub. Ötən il ilk iyirmilikdə olan 4 başqa Avropa ölkəsi də öz mövqelərin pisləşdirib: Finlandiya 12-ci, Hollandiya 15-ci, Almaniya 21, İslandiya 23-cü yerə geriləyib.

2010-cu ildə 9-cu olan ABŞ bu il onuncudur. ABŞ-ı gerilədən səbəb vergi yükünün çox ağır olmasıdır. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ innovasiyaların tətbiqinə görə isə hələ də ön sıralardadır. Bu il o, korporativ vergi dərəcəsinə görə, inkişaf etmiş ölkələr arasında Yaponiyanı da ötüb.
İnnovasiyaya görə 1-ci yerdə olan İsveç ümumi sıralamada isə yeddincidir.

Ən son yerləri Brundi (132), Zimbabve (133) və Çad (134) tamamlayır. Çad 134 ölkə arasında həm korrupsiya, həm də bürokratiya baxımdan biznes üçün ən əlverişsiz ölkədir.

Biznes üçün ən əlverişli ölkələr siyahısında ümumi sıralamada Azərbaycan 134 ölkə arasında 78-dir. Gürcüstan 50-ci, Ermənistan 89-cu yerləri tutur. Türkiyə 54, Rusiya isə 102-ci yerdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG