Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

İmişlidə yaşayan fransız qadın 64 il sonra Fransaya qayıdıb


63 il əvvəl Azərbaycanın İmişli rayonuna gəlin gələn fransız qızı nəhayət ki, vətəninə dönüb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Mətbuat Xidmətindən verilən məlumata görə, əslən fransız olan İvonna Botto-Şirməmmədova oktyabrın 9-da doğulduğu Fransaya gedib. Onu oğlu, həyatı haqqında film çəkən rejissor qrupu müşayiət edir.

Səfərin xərcini mərkəzi qərargahı Londonda yerləşən «Avropa Azərbaycan Cəmiyyəti» öz üzərinə götürüb.

Lent.az xəbər verir ki, İvonna Botto-Şirməmmədova və onu müşayiət edənləri qarşılayanlar arasında BBC və Channel - 4-ün əməkdaşı da olub. Londondan olan jurnalist Nik Stüard Azərbaycan mətbuatında İvonna Botto-Şirməmmədova haqqında yazılar çıxandan sonra İmişliyə gəlmiş və İvonna nənə ilə görüşmüşdü. O, İvonna nənənin qohumlarını və onun barəsində sənədləri tapmaqda «Avropa Azərbaycan Cəmiyyəti»nə köməklik göstərmişdi.

İvonna Botto-Şirməmmədova və onu müşayiət edənlərin Fransaya səfəri 10 gün çəkəcək. O, doğulduğu kənddə qohumları ilə görüşəcək, doğmalarının məzarını ziyarət edəcək, təhsil aldığı məktəbə gedəcək.

İvonna nənə II dünya müharibəsindən sonra azərbaycanlı partizan Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana gəlib. Hava limanında jurnalistlərlə görüşündə İvonna xanım 63 illik həsrətdən sonra Fransya dönməyin həyəcanını yaşadığını bildirib. Azərbaycanı özünə vətən hesab etdiyini bildirən İvonna Botto-Şirməmmədova əlavə edib ki, onu bu ölkəyə Azərbaycana qırılmaz tellər bağlayır. İvonna nənənin 7 övladı, 30 nəvəsi, 22 nəticəsi var.
XS
SM
MD
LG