Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

İran və Belarusa qarşı növbəti sanksiyalar müzakirə olunacaq


Bu gün Lüksemburqda Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin İran və Belarusa qarşı sanksiyaları sərtləşdirmək məsələsini müzakirə edəcəkləri gözlənilir. Buna səbəb son vaxtlar bu ölkələrdə hakimiyyətin insan haqlarını pozmaqda davam etməsidir.

Söhbət Avropa Birliyi ölkələrinə səfərlərinə qadağa qoyulan hər iki ölkə məmurlarının siyahısının artırılmasından və bank hesablarının dondurulmasından gedir. Hazırda qara siyahıda İrandan 32, Belarusdan isə 192 məmurun adı var.

Bundan başqa Ukraynanın keçmiş baş naziri Yulya Timoşenko ilə bağlı məhkəmə məsələsi də müzakirə olunacaq.
XS
SM
MD
LG