Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

Qarşıdurmalardan sonra onlarla adam həbs olunub


Qahirədə bazar günü xristian koptlarla müsəlmanlar və hərbçilər arasında baş verən qarşıdurmalardan sonra onlarla adam həbs olunub. Hakimiyyət nümayəndələri həbs olunanları sabitliyi pozmaqda ittiham edib.

Bazar günü baş vermiş qarşıdurma zamanı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb. Ölənlərdən çoxu xristianlardır. Bu gün onlar dəfn olunacaq.

Xristian koptlar hakimiyyət nümayəndələrinin Asuan əyalətindəki kilsəni qanunsuz adlandırıb uçurmasına etiraz ediblər. Minlərlə xristianın keçirdiyi etiraz aksiyasında naməlum silahlılar da iştirak edib. Şahidlərin sözlərinə görə, yaranan qarşıdurmaya hərbçilər müdaxilə edib.

Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG