Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Bakıda Humanitar Forum keçirilir


Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

AzərTAC xəbər veriri ki, Bakı Beynəlxalq Humanitar Forumu prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilir və iki gün davam edəcək.

Forumda "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG