Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:38

Polşadakı seçkidə baş nazirin partiyası qalib gəlib


Polşada keçirilən parlament seçkilərində baş nazir Donald Tuskun rəhbərlik etdiyi sağçı “Vətəndaş Platforması” qalib gəlib.

“Vətəndaş Platforması” seçicilərin 39 faizinin səsini yığıb. İkinci yerdə müxalifət partiyası “Qanun və ədalət” partiyası gəlir. Bu partiya 30 faiz səs yığıb.

Donald Tusk bildirib ki, “Qarşıdakı dörd ildə sizə xidmət etmək mənim və partiyamızın bütün üzvləri üçün böyük şərəfdir”.

Parlament seçkilərinin rəsmi nəticələri yaxın müddətdə elan olunacaq.
XS
SM
MD
LG