Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:38

Polşada seçicilərin fəallığının aşağı olduğu bildirilir


Bazar günü Polşada keçirilən parlament seçkilərində seçicilərin fəallığının aşağı olduğu müşahidə olunur.

Mərkəzi seçki komissiyasının məlumatına görə günün birinci yarısınadək səsvermədə vətəndaşların cəmi ¼-i iştirak edib.

İctimai rəy sorğularının nəticələrinə görə, hakim “Vətəndaş Platforması” və müxalifətdə olan “ Qanun və Ədalət” partiyaları başda olmaqla parlamentə 5 partiya düşə bilər.

“Vətəndaş Platforması” ilə “Qanun və Ədalət” partiyasının şansı daha çoxdur.

Bu partiyaların ayrılıqda 30 faizə yaxın səs toplayacaqları gözlənilir.

Hər 10 polşalıdan biri isə keçmiş kommunistlərə səs verəcəklərini bildiriblər.

Şərhçilər hesab edir ki, partiyalardan heç biri təkbaşına hökumət qura bilməyəcək.
XS
SM
MD
LG