Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Qaddafi qüvvələri Bani-Valid şəhərindəki hava limanından çıxarılıb


Liviyadakı müvəqqəti milli şuranın döyüşçüləri Bani-Valid şəhərindəki hava limanını ələ keçiriblər.

Bu hava limanı keçmiş rejimin əlində olan sonuncu hava qovuşağıdır.

Müvəqqəti milli şuranın birləşmələri bundan əvvəl Qaddafinin doğma şəhəri Sirtdəki universitet binasını da ələ keçiriblər.

Bu şəhərlər Qaddafi qüvvələrinin sonuncu dayaq məntəqələridir.

Muammar Qaddafinin yeri hələ ki, bəlli deyil.
XS
SM
MD
LG