Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

Bakı polisi qardaşının arvadını öldürən Kürdəxanı sakinini axtarır


Arxiv foto
Arxiv foto
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Kürdəxanı qəsəbə sakini, 1968-ci il təvəllüdlü Canbala Əlibaba oğlu Atababayev 9 oktyabr, səhər saatlarında qardaşının həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mətanət Məlikovanı güllələyib.

«Vinçestr» tipli tüfəngdən açılan atəş nəticəsində Mətanət Məlikova hadisə yerində ölüb.

Əlibaba Atababayev isə tüfəngi də götürərək özünə məxsus «VAZ-2107» markalı avtomobillə hadisə yerindən qaçıb.

Hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş rejimə keçib.

Şəhərin girişi və çıxışı da daxil olmaqla paytaxtın bütün istiqamətlərində postlar qurulub. Xüsusi təyinatlı polislər şübhəli «VAZ-2107» markalı avtomobilləri yoxlayırlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün lazımi əməliyyat-axtarış tədbirləri görülür.
XS
SM
MD
LG