Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:44

Nobel mükafatçısı payını büdcəyə keçirəcəyini deyir


2011-ci il Nobel sülh mükafatının yəmənli qalibi Tawakkul Karman bildirib ki, onun payına düşən yarım milyon dollara yaxın vəsaiti dövlət büdcəsinə keçirəcək, amma prezident Ali Abdullah Salehin istefasından sonra.

Hüquq müdafiəçisi Yəmənin paytaxtı Sanada tərəfdarları qarşısında çıxış edərkən prezident Əli Abdullah Salehi 33 ildir ki, dövlət büdcəsini talamaqda ittiham edib.

Əli Abdullah Saleh dünən yaxın günlərdə istefa verəcəyini bəyan edib.

Artıq 9 aydır ki, Yəməndə onun istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG