Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17
Oktyabrın 9-da Bakıda «ABŞ-da təhsil» yarmarkası başlayıb. Yarmarkanı ABŞ Dövlət Departamenti və Bakı Təhsil Mərkəzi təşkil edib.
Bakı Təhsil Mərkəzindən verilən məlumata görə, yarmarkada 15-dən çox universitet və ödənişsiz təhsil proqramları iştirak edir. Yarmarkanın məqsədi maraq göstərən şəxsləri bir araya toplayıb onlara ABŞ-da təhsil alma imkanları haqqında məlumat verməkdir.
Yarmarkada iştirak edən İREX təşkilatının Azərbaycan üzrə rəhbəri Sarah Hennessey AzadlıqRadiosuna bildirib ki, burda Ohayo, Duke, Willamette universitetlərin və bəzi kolleclərin nümayəndələrini görmək olar. Sarah Hennesey deyir ki, bu il Dövlət Departamentinin maliyyələşdirdiyi Muskie proqramı çərçivəsində Azərbaycandan 7 nəfərin göndərilməsi nəzərdə tutulur.
Təhsil Yarmarkası bir gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG