Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:49

ATƏT PA-da Dağlıq Qarabağla bağlı dinləmələr keçirilib


Foto arxiv
Foto arxiv
Bu gün Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı dinləmələr keçirilib.

APA-nın məlumatına görə, iclasda ATƏT-in Minsk Qrupunun həmsədləri çıxış ediblər.

Amerikalı həmsədr Robert Bradtke bildirib ki, onlar problemin həllini 3 prinsip əsasında görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bötüvlüyü və xalqların öz müqqədaratını təyin etmə hüququ.

Həmsədr qeyd edib ki, onlar münaqişənin 6 element əsasında həllinə çalışırlar:

1) Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması;
2) Dağlıq Qarabağa keçid statusu verilməsi;

3) Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi;

4) Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli;

5) Köçkünlərin yurd-yuvalarına qayıtması;

6) Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi.

Robert Bradtke sonda qeyd edib ki, tərəflərin bəzi prinsipləri qəbul etməməsi yekun sazişi əngəlləyir.

Sessiyada ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də çıxş edib.

O, son günlər qoşunların təmas xəttində 3 əsgərin ölümü ilə nəticələnmiş insidentlərdən narahatlığını bildirib.
XS
SM
MD
LG