Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05
Bakı şəhər İcra Hakimiyyəti alqı-satqı olmadan, sənədsiz-sübutsuz vətəndaşların evlərini başlarına uçurdur.

Bu barədə AzadlıqRadiosuna Bayıl qəsəbəsi, Aqil Quliyev 9-da yerləşən mənzilin sahibi Esmira İlyasova məlumat verib. Oktyabrın 8-də onun da mənzilini uçurdublar:

«Mənim evimi BŞİH-nin işçisi Zülfəli İsmayılov uçurdub. Mənzilimi qiymətləndirmədən çıxartmışam. 130 min qiymət qoyublar. Zülfəli İsmayılov isə mənə 60 min manat təklif edir. Mənzilimin texniki pasportu olmadığı üçün alqı-satqıda kvadrat metrini aşağı göstərmək istəyirdi. Mən də razılaşmayıb rəsmi qaydada sənədləri düzəltdirirdim. Getmişdim sənəd dalınca, qayıdıb görürəm damı uçurdublar. Binada alqı-satqı etməmiş bircə mən qalmışam. Bir adamı hökumətin razı salması nə dərəcədə çətin işdir ki, belə edirlər. Axı biz həşərat deyilik».

BŞİH-dən Zülfəli İsmayılov isə AzadlıqRadiosuna məsələndən xəbərsiz olduğunu bildirib.

Esmira İlyasovanın mənzilinin yerləşdiyi 4-mərtəbəli bina da Bayraq Meydanı ərazisinə düşdüyü üçün sökülməsi nəzərdə tutulan tikililərdəndir. Bəzi sakinlər evlərinin düzgün qiymətləndirilmədiyini, dövlətin ödədiyi pula şəhərdə ev almağın mümkün olmadığını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG