Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Kabil Vaşinqtonu İslamabada təzyiqləri artırmağa çağırıb


Əfqanıstan prezidenti Hamid Karzai Vaşinqtonu yaraqlılara qarşı mübarizəni gücləndirmək üçün Pakistana təzyiqləri artırmağa çağırıb.

O belə bir bəyanatla hazırda regionda səfərdə olan Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Marc Grossmanla görüşərkən çıxış edib.

Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbaninin qətlindən sonra Əfqanıstanla Pakistan arasında münasibətlər pisləşib.

Əfqanıstanın hakim dairələri hesab edir ki, bu qətlin arxasında Pakistanda fəaliyyət göstərən Haqqani qrupu fəaliyyət göstərir.
XS
SM
MD
LG