Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Azərbaycan boksçusu dünya çempionu oldu


Foto: Arxiv
Foto: Arxiv
Bakıda keçirilən boks üzrə dünya çempionatına yekun vurulub.

Finala yalnız 2 Azərbaycan boksçusu – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+) çıxa bilib.

Teymur Məmmədov ukraynalı Aleksandr Usiklə qarşılaşıb və uduzaraq dünya ikincisi olub.

Məhəmmədrəsul Məcidov isə ingilis Entoni Coşuaya (Anthony Joshua) qalib gələrək qızıl medala layiq görülüb.

Məhəmmədrəsul Məcidov Ağası Məmmədovdan sonra böyüklər arasında dünya çempionu olan ikinci Azərbaycan boksçusudur.

Dünya çempionatına Azərbaycan millisi 9 boksçu ilə qatılmışdı. Məmmədov və Məcidovdan başqa, Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) də 1/4 finala çıxmaqla, London olimpiadasına lisenziya qazanıblar.
XS
SM
MD
LG