Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Novruz Məmmədov: Sarkozi Bakıya bir daha səfər edəcək


Novruz Məmmədov
Novruz Məmmədov
Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) Bakıdan aldığı təəssüratlar nəticəsində Azərbaycana bir daha səfər etməli olduğunu deyib.

Bunu «ANS»ə müsahibəsində Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.

«Düşünürəm ki, Fransa prezidentinin əsas mesajı ondan ibarət idi ki, bu gün Avropa və onun əsas dövlətlərindən olan Fransa Cənubi Qafqazda gedən proseslərə, Cənubi Qafqaz ölkələri ilə münasibətlərə çox böyük əhəmiyyət verir. Amma burada müəyyən bir bölgü olmalıdır. Gecə bu ölkələrin birində qalmalıdır. Həmin ölkə də Ermənistan oldu. Əlbəttə, nəzərə almaq lazımdır ki, Ermənistanla Fransa arasında 100 ildən artıqdır ki, xüsusi münasibət var. Amma buna adekvat olaraq demək istəyirəm ki, Fransa prezidenti danışıqlar zamanı Azərbaycandan və Bakıdan aldığı təəssürat nəticəsində qeyd etdi ki, mən Azərbaycana bir daha səfər etməliyəm», - deyə N. Məmmədov bildirib.
XS
SM
MD
LG