Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

Sarkozy BVF-nun rəhbəhi Christiane Lagardeylə görüşür


Fransa prezidenti Nikole Sarkozy şənbə günü Parisdə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardla ( Christine Lagarde) görüşür.

Zarkozy bundan sonra Almaniyanın kansleri Angela Merkellə görüşəmək üçün Berlinə yollanacaq.

Görüşdə bir sıra Avropa banklarına yardım məsələsi müzakirə olunacaq.

Avropa Komissiyası Avropa Birliyinə üzv olan ölkələri Avropanın maliyyə sisteminə etibarı möhkəmləndirmək üçün bank sisteminə dəstək planı hazırlamağa çağırıb.

Görüşdə Yunanıstandakı borc böhranı da müzakirə olunacaq.

Yunanıstanın Beynəlxalq Valyuta Fondundakı nümayəndəsi bildirib ki, ölkənin xarici borclarını ödəmək üçün iyulda razılaşdırılmış 109 milyardlıq kredit bəs etmir.

Avro zonasına daxil olan ölkələr hazırda Yunanıstana növbəti yardım paketi ayrılmasının mümkünlüyünü müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG