Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46
Alman dilinin və ədəbiyyatının xaricdə təbliği məqsədilə qurulan Goethe İnstitutu 2009-2011-ci illər ərzində gerçəkləşən və Azərbaycan nəşriyyat sektorunu da əhatə edən “Şərqi Avropa naşirlərinin kvalifikasiyasının artırılması” layihəsini həyata keçirməkdədir.

Bu günə qədər layihə üzrə seriya seminarlar regional mərkəzlər olaraq Moskva, Kiyev, Tbilisi və Daşkənd şəhərlərində Almaniyadan dəvət olunan nəşriyyat sektoru uzmanlarının iştirakı ilə institut tərəfindən təşkil olunub.

Bu seminarlarda Azərbaycan respublikasını təmsil edən “Tutu”, “Qanun”, “Əli və Nino”, “Şərq-Qərb” nəşriyyatlarının, “Kitab Klubu”nun və “Alatoran” jurnalının təmsilçiləri müxtəlif şəhərlərdə keçirilən seminarlarda iştirak ediblər.

Layihənin yekun seminarı 8-15 oktyabr tarixlərində Frankfurt şəhərində keçiriləcək.

Proqramına eyni zamanda Frankfurt Kitab Sərgisinin ziyarət edilməsi də daxil olan bu yekun seminarda “Alatoran” jurnalının redaktoru Rasim Qaraca Goethe İnstitunun dəvəti ilə iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG