Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03
İsveçdə əsərləri ən çox maraq doğuran Nobel mükafatlı yazar - Orxan Pamukdur.

Türk yazıçısının Nobel aldığı 2006-cı ildən bəri İsveçdə 200 min nüsxə kitabı satılıb.

İsveçlilər ən çox onun "Qar" romanını oxuyurlar.

İsveçin kitab dükanlarının məlumatları əsasında bu statistikanı ölkənin nüfuzlu SVT kanalı hazırlayıb.

Kanalın İnternet saytında yayılan xəbərə görə, "Qar"la bərabər isveçlilər Pamukun "İstanbul- Hatıralar ve Şehir’ əsərini də çox oxuyurlar.

İsveçdə əsərləri ən çox satılan Nobelli yazıçılar reytinqində daha sonra perulu Mario Varqas Lyosa və britaniyalı Doris Lessinq gəlir.

Siyahının sonunda isə Harold Pinter və Dario Fo yer alır.

Feyziyyə Hacıyeva

Həmçinin oxu
Pamuk yeni roman yazır: "Kafamda bir tuhaflık"

Günün bütün mövzuları

XS
SM
MD
LG