Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03
Graham Greene, BBC
Tərcümə edəni: Ülkər Akifqızı

“Həyatın növü” adlı avtobioqrafiyasında Katolik etiqadını qəbul etməsini nəql edərkən ingilis yazıçısı və ədəbi tənqidçisi Graham Greene yazır ki, təlimat almaq üçün bir vaxtlar Uest Enddə aktyorluq etmiş uca boylu və olduqca kök görkəmi olan Trollope adlı rahibin yanına gedir.

Trollope rahib olmuşdu, tərki-dünya həyat tərzi seçmişdi, Greene onu özünə o qədər də yaxın hesab etmirdi. Amma buna baxmayaraq, bölüşmək üçün ona müraciət etdi və özünün yazdığına görə, “izah oluna bilməyən xeyirxahlığa çağırışla” üzləşdi. Bu, rahibin Allahın mövcudluğunu yazıçıya ifadə etmək üçün hər hansı arqumentdən daha çox təsirləndirici bir şey idi. Rahibin arqumentlərini isə Greene xatırlamır, deyir ki, yaddaşından silinib. Buna görə narahat da olmayan yazıçı yazır ki: “Mən qəbul etdim”.

Bəs onun qəbul etdiyi nə idi?


ƏSAS İNANC DEYİL, HƏYAT TƏRZİDİR
Bizdə belə bir tendensiya var ki, din bizim nəyə inanıb inanmadığımız deməkdir. Bu, qərb fəlsəfəsində uzun bir tarixi olan fərziyyədir. Bu fərziyyə son dövrlər ateistlərin maraqsız debatları hesabına daha da möhkəmlənib.

Dinin heç də elmdən köklü fərqi yoxdur, hər ikisi dünya haqda həqiqətləri yaratmağa cəhddir. Əksini düşünənlər din ilə elmi bir-birinə qarşı qoymaq istəyirlər və belə bir nəticəyə gəlinməsinə çalışırlar ki, daha dinə ehtiyac yoxdur.

Əksər dinlərdə - çoxallahlılıqda, Hinduizm və Buddizm, Daoism, bəzi xristian və müsəlman ənənələrində inam heç də xüsusilə vacib deyil. Əsas dua, niyyət, həyat tərzidir.


"SADƏCƏ KİLSƏYƏ, MƏSCİDƏ GEDİN"

Dində olduğu kimi insan ixtirası olan elm də həmişə pis və ya yaxşı olmasından asılı olmayaraq istənilən məqsədə yönləndirilə bilir. Dünyanı elmin xilas edəcəyini düşünən dinə inanmayanlar təxəyyül içindədirlər. insanların ölümdən sonra yenidən ayağa qalxacaqları mümkün olmayan kimi elmin dünyanı kökündən dəyişdirəcəyi də bir əfsanədir.

Əgər biz inanca inanmağı son qoysaq daha yaxşı olar. Heç də hər kəsin dinə ehtiyacı yoxdur. Amma əgər buna ehtiyacınız varsa hər hansı arqument axtarmağa dəyməz. Sadəcə kilsəyə, sinaqoqa, məscidə və ya məbədə gedin, arqument oradadır. Əsas məsələ bizim nəyə inandığımız deyil, necə yaşadığımızdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG