Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

Medvedev da Assadı ya islahatlara, ya da hakimiyyətdən getməyə çağırır


Rusiya prezidenti Dmitry Medvedev bildirir ki, ya Suriya rəhbərliyi ölkədə islahatlar aparmalı, ya da hakimiyyətdən getməlidir. RİA novosti agentliyinin məlumatına görə Medvedev oktyabrın 7-də deyib ki, Suriyanın gələcəyi ilə bağlı yalnız bu ölkənin rəhbərliyi və xalqı qərar verə bilər.

Medvedev həmçinin xəbərdarlıq edib ki, BMT Təhülkəsizlik Şurasının gələcəkdə də Suriya rejiminə qarşı sanksiyalar qəbul etməsinə imkan verməyəcəklər.

Rusiya ilə Çin bundan əvvəl belə bir sanksiyanın qəbuluna veto qoyublar.

BMT-nin məlumatına görə bu ilin əvvəlindən Suriyada prezident Bashar al-Assadın rejimi əleyhinə etiraz aksiyaları başlayandan bu yana toqquşmalarda 2900 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG