Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Türkiyənin Kabuldakı qüvvələrə komandanlıq müddəti daha bir il uzadılır


Türkiyənin Xarici İşlər Nazirliyindən bildirirlər ki, Ankara Əfqanıstan paytaxtındakı sülhməramlı qüvvələrə komandalıq müddətinin daha bir il uzadılmasına razılaşıb.
Türkiyə Kabuldakı sülhməramlı qüvvələrə komandanlığı 2009-cu il noyabrın 1-də qəbul etmişdi.

NATO-nun yeganə müsəlman üzvü olan Türkiyə Əfqanıstanda sayca daha çox əsgər saxlayan ikinci ölkədir. Türkiyənin 1800 əsgəri hazırda Əfqanıstanda xidmət edir. Amma Türkiyə əsgərləri birbaşa döyüş əməliyyatlarına qatılmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG