Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:03

Ahmet Davutoğludan Nicolas Sarkozy-yə cavab


Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Fransa prezidenti Nicolas Sarkozy-nin Türkiyəni tarixinə yenidən nəzər salıb “erməni soyqırımını tanımağa” çağırışına cavab verib.

Oktyabrın 7-də Ankarada mətbuat konfransında nair bildirib ki, Fransa özünün müstəmləkəçi tarixi ilə məşğul olsun: “Fransa başqalarına öz tarixindən dərs almağı öyrətməkdənsə, özünün müstəmləkəçi tarixini qabağına qoyub, onunla məşğul olsun” – deyə Davutoğlu qeyd edib.

Fransa prezidenti Nikola Sarkozy oktyabrın 6-da Yerevanda olarkən Türkiyəni Birinci Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsində soyqırım törədilməsini tanımağa çağırıb. Sarkozy deyib ki, əgər Ankara buna doğru addım atmazsa, Fransa “soyqırım” inkarının belə cinayət kimi tanınması üçün qanun qəbul edə bilər.

Türkiyə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırım törədilməsi barədə iddiaları rədd edir, bildirir ki, o zaman xarici qüvvələrin təhriki ilə Türkiyədə yaşayan ermənilər vətəndaş müharibəsi törətməyə çalışıblar, buna görə hər iki tərəfdən çox sayda adam həlak olub.

Amma Fransa həmin hadisələri ermənilərə qarşı soyqırım kimi tanıyır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG