Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:17

Məscidlərdən xalçaları yığıblar


Foto: Arxiv
Foto: Arxiv
Səudiyyə Ərəbistanı dünyanın hər yerindən gələcək milyonlarla zəvvarları qarşılamağa hazırlaşır. Artıq Kəbə ətrafındakı ərazinin genişləndirilməsi işləri başa çatıb. Tikinti nəticəsində əlavə olaraq daha 1 milyon 200 min zəvvar burada dua edə biləcək.

Həcc zamanı Məkkədəki bütün məscidlərdən yer örtükləri, xalçalar yığışdırılacaq. Bunu həm gigiyenik baxımdan, həm də zəvvarların hərəkətinə mane yaratmamaq üçün ediblər. Həcclə bağlı xüsusi tədbirlər planı 13-25 noyabr tarixlərində reallaşdırılacaq.

Bundan əlavə, Səfa və Mərvə dağları arasında sərinliyi qorumaq üçün xüsusi sistemlər quraşdırılıb. Əraziyə Zəmzəm suyu ilə doldurulmuş 5000 yeni konteyner gətizdirilib. Kəbə ərazisində 24 yerdə 120 yeni su mənbəyi yaradılıb.

Məkkədəki Haram məscidinin ərazisi də 2 min kv. metrdən çox artırılıb. Bu otaqlara azanı eşitmək üçün xüsusi səs sistemlər, həmçinin təhlükəsizlik və ventilyasiyanın müasir monitorinq sistemləri quraşdırılıb.

Hər il dünyanın hər yerindən milyonlarla adam Həcc ziyarəti - müəyyən dövr ərzində Məkkəni və onun ətrafını (Ərəfat dağı və Mina vadisini) ziyarət edir. Həcc namaz və Ramazan ayında oruc tutmaqla yanaşı islamın beşinci rüknüdür.

Bu il Səudiyyə Ərəbistanına azərbaycanlı zəvvarlar üçün 2 min kvota ayrılıb. Onlar ziyarətə avtobus və təyyarələrlə gedəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG