Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Anna Politkovskyanın qətlində yeni ittihamlar var


Rusiya hakimiyyəti bəyan edib ki, qətlə yetirilmiş araşdırmaçı jurnalist Anna Politkovskayanın ölümündə şübhəli bilinənlərə qarşı yeni ittihamlar var.

Rusiyanın Təhqiqatçı Komitəsi deyib ki, Çeçenistan əsilli Lom-Ali Gaitukayev qətli təşkil etməkdə suçlandırılır.

Bu gün Rusiyanın araşdırmaçı jurnalisti və rəsmi Kremli tənqid etməsi ilə tanına Anna Politkovskyanın qətlinin 5-ci ildönümüdür.

48 yaşlı Politkovskya "Novaya Qazeta"nın əməldaşı olub. 2006-cı il oktyabrın 7-də Moskvada yaşadığı binanın yanında öldürülüb. Onun ölümü o vaxtlı prezidfent, indiki baş nazir Vladimir Putinin ad gününə təsadüf edib.

Anna Politkovskya Cecenistandakı müharibə, Rusiyada korrupsiya ilə bağlı araşdırmalar aparıb, Putin hakimiyyətini sərt tənqid edib. Ölümündən 5 il keçməsinə baxmayaraq, qətllə bağlı hakimiyyətin təqdim etdiyi sübutlar hələ də yerli və beynəlxalq ictimaiyyətdə yetərli sayılmayıb. Hakimiyyət keçmiş polis rəisi Dmitri Pavlyonçekovu qətlə günahlandırıb, amma sifarişçinin kim olduğu məlum deyil.

Jurnalistlərin Müdafiə Komitəsi hesab edir ki, 2000-ci ildən bəri Rusiyada peşə fəaliyyətinə görə azı 19 jurnalist öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG