Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Siyasi məhbusların tanınması üçün komissiya yaradılacaq


“İnsan Haqları Uğrunda” İctimai Birlik Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin gerçəkləşdirilməsinə başlayır.

“İnsan Haqları Uğrunda” İctimai Birlikdən verilən məlumata görə, layihə iki mərhələni nəzərdə tutur. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq mütəxəssisləri daxil olacaq. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adları açıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası yaradılacaq.

Layihənin həyata keçirilməsi ilə bağlı sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG