Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:34

Oktyabrın 10-da daha 4 müxalifətçiyə hökm oxunacaq


İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəyliyə oktyabrın 10-da hökm oxunacaq.

Oktyabrın 7-də Nəsimi rayon Məhkəməsində proses müdafiə tərəfinin və təqsirləndirilənlərin çıxışı ilə davam edib.

Elnur Məcidlinin vəkili Xalid Bağırov yekun nitqində bildirib ki, ittiham qondarma və saxtadır:

«İttiham aktında yazılıb ki, müdafiə etdiyim şəxs - Elnur Məcidli cinayət əməlləri törədib. Amma başa düşülmür ki, hansı əməl. İstintaqdan tutmuş məhkəməyədək Elnur Məcidli özü də dəfələrlə ittihamın mahiyyəti ilə bağlı yazılı suallarla müraciət edib. Amma cavab verən olmayıb. Biz nədən müdafiə olunduğumuzu düzü başa düşə bilmirik».

Təqsirləndirilənlər son sözlə çıxış etdikdən sonra proses oktyabrın 10-dək təxirə salınıb.

Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəyliyə ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə qarşı müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG