Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Fransa Türkiyəni "erməni genosidini" tanımağa çağırıb


Fransa prezidenti Türkiyəni çağırıb ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı Türkiyəsində ermənilərə qarşı genosid olduğunu etiraf etsin.

Ermənistanda səfəri zamanı Sarkozy deyib ki, əgər Türkiyə buna doğru addım atmazsa, Fransa soyqırım inkarının belə cinayət kimi tanınması üçün qanun qəbul edə bilər.

Oktyabrın 7-də Sarkozy Türkiyəni öz tarixinə yenidən baxmağa çağırıb.

Türkiyə 1915-ci ildə ermənilərə qarşı genosid olması ilə bağlı iddiaları rədd edir. Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı çıxan Fransa prezidentinin bu açıqlaması ehtimal ki, Türkiyənin qəzəbinə səbəb olacaq.

Oktyabrın 6-dan Nicolas Sarkozynin Cənubi Qafqaza səfəri başlayıb.
XS
SM
MD
LG