Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:28
«Azərbaycan ərazisində rəqəmsal yayıma birdən-birə keçilməyəcək».

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

O deyib ki, ölkə ərazisində rəqəmli yayım tətbiq olunacaq. Amma bu o demək deyil ki, ilkin mərhələdə birdən-birə hamı buna məcbur ediləcək:

«Müəyyən bir müddət ərzində paralel yayım olacaq. Vətəndaşlara imkan yaradılacaq ki, hərə öz imkanına uyğun bu avadanlıqları alsın. Müasir tipli televizorlar artıq rəqəmli yayımı dəstəkləyir. Belə televizoru olan şəxslərin əlavə qurğu almasına ehtiyac yoxdur. Rəqəmli yayım üçün olan qurğular elə qiymətədir ki, hamı üçün münasibdir».

Nazir müavini qeyd edib ki, 2013-cü ilə qədər Azərbaycan ərazisində rəqəmli yayım analoq yayıma paralel tətbiq olunacaq. 2013-cü ildən isə ölkə ərazisində analoq yayım dayandırılacaq. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG