Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:40

Rusiyalı jurnalist Anna Politkovskyanın qətlindən 5 il keçir


Bu gün Rusiyanın araşdırmaçı jurnalisti və rəsmi Kremli tənqid etməsi ilə tanınmış Anna Politkovskyanın qətlinin 5-ci ildönümüdür.

48 yaşlı Politkovskya "Novaya Qazeta"nın əməkdaşı olub. 2006-cı il oktyabrın 7-də Moskvada yaşadığı binanın yanında öldürülüb. Onun ölümü o vaxtlı prezidfent, indiki baş nazir Vladimir Putinin ad gününə təsadüf edib.

Anna Politkovskya Çeçenistandakı müharibə, Rusiyada korrupsiya ilə bağlı araşdırmalar aparıb, Putin hakimiyyətini sərt tənqid edib. Ölümündən 5 il keçməsinə baxmayaraq, qətlin sifarişçisi bəlli deyil. Hakimiyyət keçmiş polis rəisi Dmitri Pavlyonçekovu qətldə günahlandırıb, amma sifarişçinin kim olduğu məlum deyil.

Jurnalistlərin Müdafiə Komitəsi hesab edir ki, 2000-ci ildən bəri Rusiyada peşə fəaliyyətinə görə azı 19 jurnalist öldürülüb.
XS
SM
MD
LG