Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

Azərbaycanla Ermənistan atəşkəsin pozulmasında bir-birini ittiham edir


Azərbaycan və Ermənistan cəbhə xəttində üç əsgərin öldürülməsi ilə bağlı bir-birini qarşılıqlı ittiham edib.

Azərbaycan müdafiə naziri Səfər Əbiyev deyib ki, cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən iki əsgər öldürülüb və o, Ermənistanı atəşkəsi pozmaqda günahlandırıb.

Ermənistan Müdafiə Naziri Seyran Ohanyan isə öz növbəsində Azərbaycanı ittiham edib ki, atəşkəsin pozulması nəticəsində əsgərlərindən biri öldürülüb, ikisi yaralanıb.

Azərbaycan və Ermənistanın müdafiə nazirləri hazırda Brüsseldə NATO-ya üzv olmayan, İSAF əməliyyatlarında iştirak edən ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG