Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:22

Liviyaya hava zərbələri davam etdiriləcək


Qaddafi rejiminin yığılmasına baxmayaraq Liviyada hava əməliyyatları davam etdiriləcək.

Belə bir bəyanatla cümə axşamı Fransanın müdafiə naziri Jerar Lonqe (Gerard Longuet) çıxış edib.

O bildirib ki, Qaddafinin son müqavimət nöqtələri tam məhv edilməyincə və yeni Liviya rəhbərliyi hərbi əməliyyatların dayandırılmasını xahiş etməyincə hava zərbələri davam etdiriləcək.

Martın ortalarından bu yana NATO qüvvələri Liviyadakı müxtəlif obyektlərə 9 mindən çox zərbə endiriblər.

NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü bu gün sona yetir.
Bu görüşdə Liviya və Əfqanıstanda aparılan hərbi əməliyyatlar müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG