Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

AzadliqRadiosunun internet saytı yeni görkəmdə


Azerbaijan -- screenshot of the newly-designed Azeri website

Azerbaijan -- screenshot of the newly-designed Azeri website


Əziz oxucular!

Bu gündən – oktyabrın 6-dan AzadliqRadiosunun internet saytı yeni dizayna keçir. Bundan sonra saytımızda materialların - foto və videoların, səslərin açılması daha asan olacaq, xüsusilə radio verilişlər daha rahat dinlənəcək.

Şərhlərin yazılması və forum sistemi də dəyişir. İndi şərh yazmaq üçün əvvəlcədən saytda qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bununla belə, eyni adamın müxtəlif adlarla şərhlər göndərməsini məhdudlaşdırmaq üçün forumlarda iştirak edənlərdən kod yazmaq tələb olunur.

Hər bir yenilik kimi AzadliqRadiosunun internet səhifəsinin yeni dizaynında da sözsüz ki, qüsurlardan tam sığortalana bilmərik. Ümid edirik ki, sizlərin də fəal iştirakınızla saytda meydana çıxan bütün problemləri dərhal aradan qaldıra biləcəyik. Belə problemlər və ümumiyyətlə yeni dizayn haqqında fikirlərinizi bu e-mailə göndərə bilərsiniz: azadliq@rferl.org

Sayğılarımızla,
AzadliqRadiosu

Şərhləri göstər

XS
SM
MD
LG