Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:12

Ən çox qətllər Mərkəzi Amerika və Afrikada törədilir


Ən çox qətllər Mərkəzi Amerika və Afrikada törədilir. BMT-nin narkotik maddə və cinayətlərlə bağlı hesabatında belə deyilir.

Təşkilatının məlumatına görə, ötən il dünyada təxminən 500 min qətl hadisəsi baş verib, bunun 36 faizi isə Afrikanın, 31 faizi isə Cənubi, Mərkəzi və Şimali Amerikanın payına düşür. Avropada isə bu göstərici 5 faizi keçmir.

Qətl halları Asiyada da azalan xətt üzrədir, baxmayaraq ki, Karib regionunda insan öldürülməsi faktı kritik həddə çatıb.

Məlumata görə, öldürülənlərin 80 faizi kişilərdir, məişət zorakılığına isə daha çox qadınlar məruz qalırlar.
XS
SM
MD
LG