Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:11

Vergi borcu olanları ölkədən buraxmırlar


Vergi borcu olanların ölkədən getməsi məhdudlaşdırılır.

Bu barədə Vergilər Nazirliyinin internet səhifəsində məlumat yer alıb.

10 əcnəbi və 40 Azərbaycan vətəndaşının müvəqqəti ölkədən buraxılmaması üçün Ədliyyə Nazirliyinə müraciət olunub.

Artıq 1 Türkiyə vətəndaşının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bu halla qarşılaşmama üçün Vergilər Nazirliyi bütün vergi ödəyicilərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklərini tam və vaxtında icra etməyə çağırır.
XS
SM
MD
LG