Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

Tanınmış İran yazıçısının romanı Azərbaycanda çap edildi


"Qanun" nəşriyyatı İran yazıçısı Mustafa Məsturun "Cüzamlı əllər və donuz sümüyü" romanını çap edib.

Kitab "Ən yeni tərcümə" seriyasında nəşr edilib.

Mustafa Məstur çağdaş İran ədəbiyyatının ən tanınmış istedadlı yazarlarından biridir.

Təs­virçiliyə daha çox yer verən yazarın üslubu sadə olduğu qədər də mürəkkəbdir.

Situa­si­yanı geniş və əhatəli təsvir etməklə yazıçı oxucunun təsəvvüründə həmin hadisələri, dialoqları daha obrazlı canlandırmaq məqsədi güdür. Tənqidçilər Mustafa Məsturun uğurunu da elə məhz bu-rada görürlər.

“Cüzamlı əllər və donuz sümüyü” romanı az vaxtda məşhurlaşaraq yüksək tirajla 15 dəfə ardıcıl nəşr olunub və yazara “İlin ən yaxşı romanı” İsfahan ədəbi mükafatını qazandırıb.

Bir sıra dünya dillərinə, 2011-ci ildə isə italyan dilinə tərcümə olunaraq çap edilən bu roman “Turin Beynəlxalq Kitab Sərgi”sində oxuculara təqdim olunub və maraqla qarşılanıb.

İranlı rejissor M.Rəhmaniyan romanın motivləri əsasında “Yeddi torpaq, bir asiman” adlı bədii film çəkib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG