Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48
Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir.

91 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov
Kuba idmançısı Joze Lardyet ilə görüşüb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Teymur Məmmədov rəqibinə 24:20 hesabı ilə qalib gəlib.

Teymur Məmmədov yarımfinala yüksəlməklə yanaşı, London Yay Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

London olimpiadasına lisenziya qazanan 4-cü Azərbaycan boksçusudur.

Bundan əvvəl Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) Olimpiya Oyunlarına lisenziya qazanıblar.

/ANS/

Günün bütün mövzuları

XS
SM
MD
LG